İmişlidə maşın su kanalına aşdı: İki ölü, iki yaralı - VİDEO

12:40 15-01-2020 14

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb. 

Rayonun Yalavac kənd sakini, 32 yaşlı Zaur Mirzəyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq su kanalına aşıb. 

Qəza zamanı sürücü Z.Mirzəyev və maşında olan sərnişin - Cəfərli kənd sakini, 32 yaşlı Nicat Məmmədov suda boğulub. Avtomobildə olan digər iki sərnişin rayonun Yalavac kənd sakinləri, 26 yaşlı Elvin Mustafayev və 29 yaşlı Eldəniz Mehdiyev müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.