Türkiyədə məhkəmə katibi iş yerini partlatmaq istədi - FOTO

01:20 10-02-2020 102

Türkiyənin Şırnak vilayətində ədliyyə binasını partlatmaq istəyən şəxs saxlanılıb.

Bu barədə “Haber 7” məlumat yayıb.

Bildirilir ki, bir nəfər telefonla Respublika Baş prokuroruna zəng edərək, Silopi  Məhkəməsində katib işləyən B.Ç.-nin iş yerini partlatmaq istədiyini bildirib. Onun sözlərinə görə, B.Ç. dörd ay əvvəl aldığı partlayıcını artıq məhkəmə binasına yerləşdirib.

Bu məlumatdan sonra polis əməkdaşları dərhal ədliyyə binasında təhqiqatlara başlayıblar və qeydiyyat otağında 4,4 kq çəkidə partlayıcı aşkarlayıblar.

Hadisə ilə əlaqədar B.Ç. saxlanılıb. Onun evində aparılan axtarışlar zamanı isə alüminium folqaya bükülmüş partlayıcı maddə, həmçinin 29805 dollar (50668 AZN) pul müsadirə edilib.

Əməliyyat nəticəsində daha altı şübhəli saxlanılıb.

Hadisə ilə bağlı istintaq davam edir.