Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept

13:00 10-02-2020 89

Çində ortaya çıxan və dünya əhalisini qorxu altında saxlayan koronavirusa qarşı türkiyəli alim dr. Canan Karatay resept yazıb.

Bu barədə “İnternetHaber” məlumat yayıb.

Alimin sözlərinə görə, koronavirusun digər viruslardan fərqi yoxdur, sadəcə immuniteti gücləndirmək lazımdır:

“Texnologiyanın bu qədər inkişaf etməsinə baxmayaraq, viruslarla hələ də baş edilməyib. Onlar hər il formalarını, rənglərini dəyişdirərək qarşımıza çıxırlar”.

Buna görə, professor ev şəraitində hazırlanan qatıq, sirkə, turşu yeməyi tövsiyə edib:

“Həmçinin, qaya duzu, çoxlu miqdarda kələm, brokkoli, gül kələm və turp yesəniz, immun sisteminiz güclənər, beləliklə, infeksiyaya yoluxmazsınız. Biz virusları onsuz da, orqanizmimizdə daşıyırıq”.

“Qablaşdırmada olan heç nə yeməyəcəksiniz, şəkərli, qazlı içkilərdən və çörəkdən uzaq duracaqsınız. Hər gün kənd yumurtası yeyəcəksiniz. Kənddə hazırlanan kərə yağından istifadə edəcəksiniz, ancaq çörəksiz olmaq şərtilə”, - deyə türkiyəli alim vurğulayıb.

Dr. Canan Karatay həmçinin, fıstıq yeməyi də tövsiyə edib.