Azyaşlıları daşıyan avtobus qəzaya düşdü - yaralılar var

14:20 11-02-2020 331

Rusiyanın Krasnoyarsk vilayətində içərisində uşaqlar olan avtobus qəzaya düşüb.

Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin (DİN) vilayət üzrə rəsmi saytında yayılan xəbərə əsasən məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Volkswagen” markalı mikroavtobus Boquçanı-Yurubçen-Baykit avtomobil yolunun 6-cı kilometrliyində “İveco” markalı yük avtomobili ilə toqquşub. Mikroavtobusda 10-12 yaş arası 15 uşaqdan ibarət xoreoqrafiya kollektivi olub. Onlardan 3-ü qəza zamanı xəsarət alıb.