Təxminən 50 min nəfər koronavirusa yoluxub

05:20 13-02-2020 384

Çinin Hubey əyalətində yeni növ koronavirusa yoluxanların sayı 48,2 min nəfərə çatıb.

“RİA Novosti” xəbər verir ki, ötən gün ərzində bu bölgədə daha 14 480 nəfər xəstəliyə yoluxub.

Hal-hazırda yerli xəstəxanalarda 33 min nəfər müalicə alır.

Qeyd etmək lazımdır ki, indiyədək koronavirusdan 3441 nəfər sağalıb, 1310 nəfər isə onun qurbanı olub.