Meksikalı həyat yoldaşını parçalara ayırıb unitaza atdı

06:00 13-02-2020 114

Mexiko polisi həyat yoldaşını qəddarcasına qətlə yetirməkdə şübhəli bilinən yerli sakini saxlayıb.

“Daily Star” xəbər verir ki, 46 yaşlı Erik Fransisko 25 yaşlı həyat yoldaşı İnqrid Eskamillanı bıçaqlayaraq qətlə yetirib.

Sonra isə qatil törətdiyi cinayətin izlərini itirmək üçün həyat yoldaşının cəsədini xırda parçalara ayıraraq onları unitazın dəliyinə atıb.

Bir müddət keçəndən sonra cinayətkar birinci həyat yoldaşına zəng vuraraq törətdiyi cinayəti ona etiraf edib və polisə təslim olub.