31 yaşlı kişi anasının qatili oldu

21:40 14-02-2020 367

Türkiyənin Kocaeli şəhərinin Kandıra rayonunda psixi pozuntulardan əziyyət çəkən 31 yaşlı Emrah. D anası Fatma D.-ni ev tüfəngi ilə qətlə yetirib. 

“HaberGlobal” məlumat verir ki, hadisə gecə saat 04:00 radələrində baş verib. Atəş səsinə oyanan qonşular dərhal təcili tibbi yardım xidmətinə zəng ediblər.

64 yaşlı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  

Hüquq-mühafizə orqanları qətli törədən şəxsi saxlayıb.