Dünyada koronavirusdan ölənlərin sayı 11 min nəfəri ötdü

02:00 22-03-2020 16

Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 266 min nəfəri ötüb.

Bu barədə “RİA Novosti” Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər yayıb. 

Xəbərdə deyilir ki, koronavirus infeksiyasından ölənlərin sayı 11 mini ötüb.  

Son sutka ərzində dünyada 32 min nəfər yeni yoluxma və 1 344 ölüm faktı qeydə alınıb. Yoluxmaların əksəriyyəti Avropanın payına düşür.