ABŞ iqtisadiyyatını dəstəkləmək üçün trilyonlarla dollar vəsait xərcləyəcək

07:40 23-03-2020 14

ABŞ-ın Federal Ehtiyyat Sistemi (FES) koronavirus pandemiyası dövründə ölkə iqtisadiyyatını dəstəkləmək məqsədi ilə dörd trilyon dollara yaxın vəsait xərcləyəcək.

“Fox Business” xəbər verir ki, bunu ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.

Onun sözlərinə görə, hal-hazırda federal hökümət qanunvericilərlə ABŞ iqtisadiyyatını stimullaşdıracaq tədbirlər paketi barəsində məsləhətləşmələr aparır.

“Biz kiçik biznesdən tutmuş böyük biznesədək 90-120 gün ərzində hamıya ayaqda qalmağa kömək edəcəyik”, - deyə Mnuçin əlavə edib.