Sumqayıtda ağır qəza: Altı nəfər yaralandı - VİDEO

19:20 23-03-2020 13

Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb. 

Belə ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan “Ford” markalı mikroavtobus “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Dərhal əraziyə Sumqayıt şəhər Təcili Tibbi Yardım biriqadası çağrılıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəzaya yüksək sürətin və sürücü məsuliyyətsizliyin səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.