69 yaşlı Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO

14:00 26-03-2020 18

Respublika ərazisində koronovirusla mübarizə çərçivəsində maarifləndirmə tədbirləri davam edir.

HerGun.Az xəbər verir ki, polis əməkdaşları paytaxt küçələrində vətəndaşlara maska, əlcək, spirt paylayır.

Bu gün Azərbaycanın Xalq artisti, 69 yaşlı Arif Quliyev Nazirlər Kabineti tərəfindən qəbul edilən qaydaları pozaraq şəhərə çıxıb.

Polis əməkdaşları Xalq artistinə yaxınlaşaraq, ölkə ərazisində yayılan koronavirus təhlükəsinin yaşlı insanlara daha çox təsir edə biləcəyini xatırladıb. Ona karantin qaydaları izah edilib və evə qayıtması tövsiyə edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 65 yaşdan yuxarı insanların küçəyə çıxması qadağan edilib.

Könül Cəfərli