Şabranda yelləncəyin ipi 11 yaşlı oğlanın boğazına dolandı

15:40 21-05-2020 369

Şabranda 11 yaşlı uşaq yelləncəkdə boğulmaq təhlükəsi ilə üzləşib.

HerGun.Az xəbər verir ki, hadisə şəhərin Nəbi Məstanov küçəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Əli Məlikli yaşadığı evin həyətində oynayarkən boğazına yelləncəyin ipi dolanıb. Xoşbəxtlikdən uşağın ailə üzvləri yaxınlıqda olub və onu xilas edərək Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyi nəticəsində uşaq kritik vəziyyətdən çıxarılıb. 

Qeyd edək ki, son bir həftə ərzində bu, şimal rayonlarında baş verən ikinci analoji hadisədir. Mayın 18-də Quba sakini 13 yaşlı Etibar Novruzov yaşadığı evin yaxınlığında heyvan otararkən yelləncəkdə boğularaq ölüb.

Dursun Tağıyeva