Bostanı suvarmağa gedən yeniyetmə itkin düşdü

09:00 22-05-2020 392

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 13 yaşlı yeniyetmə itkin düşüb. 

APA-nın məlumatına görə, kənd sakini, 2007-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay sahilinə gedib və bir daha geri qayıtmayıb. 

Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparılır.