Bakıda polisin təqib etdiyi şəxslə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

17:40 22-05-2020 10

Bakının Nəsimi rayonu ərazisində polisdən qaçan zaman anidən yola çıxaraq, qəza şəraiti törədən şəxs saxlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən HerGun.Az-ın sorğusuna verilən cavabda qeyd olunub.

İdarədən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti (PPX) və 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Müvafiq görüntülər polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı oğurluq əməlində şübhəli bilinən, 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Rasim Nəcəfov saxlanılan vaxt çəkilib. 

O, mayın 4-də Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birindən telefon oğurlamaqla şübhəli bilinir. Şübhəli şəxs ətrafında araşdırmalar davam etdirilir”.

Könül Cəfərli