Bir ailənin koronavirus faciəsi: Yeddi uşaq anasız qaldı - VİDEO

04:00 23-06-2020 16

Koronavirus bir ailədə yeddi uşağı anasından məhrum edib.

“Mash” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Rusiyanın Mordoviya Respublikasında yaşanıb.

Koronavirus bu ailəyə 20 gün əvvəl gəlib. Lakin vəziyyətin ciddiliyi ilk andan bəlli olub. Əvvəl ata və ana yatağa düşüb, sonra onların üç böyük qızı. Xəstəxanaya ilk olaraq ortancıl qız – Leyla yerləşdirilib.

Bundan sonra Gözəl (iki uşaq anası) və Həmidə (beş uşaq anası) xəstəxanaya aparılıb. Lakin onların həyatını xilas etmək mümkün olmayıb – ikitərəfli sətəlcəm, ağır xəstəlik və ölüm…

Koronavirus testinin müsbət cavabı isə bundan sonra gəlib.

Eyni vaxtda yeddi uşaq valideynsiz qalıb. Həmidənin uşaqlarının atası da yoxdur, o, ötən il xərçəngdən dünyasını dəyişib.

Uşaqların nənə və babaları isə hələ də xəstəxanadadır.