Tacir Şahmalıoğlu: “Şou-biznesdə kişi olmamalısan, qaş aldırıb, silikon qoydurmalısan” - VİDEO

01:20 24-06-2020 41

“Qorxmaz Əlili var. Bir dəfə dedi ki, mənə sizin kimi yox, primitiv oxuyan lazımdır ki, pul qazanım. Bu adam nə qədər dayazdır ki, sənəti yox etmək istəyir. Musiqi bazarda alver səviyyəsinə gəlib çıxıb”.

HerGun.Az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu ARB TV-də yayımlanan “Show news” proqramına müsahibəsində deyib.

Sənətçi Əməkdar artist Qorxmaz Əlilini efir vasitəsi ilə tənqid edib. 

Şahmalıoğlu bildirib ki, şou-biznesdə məşhurlaşmaq üçün dodaqlarını silikon etdirib, cırıq cins geyinməlisən: 

“Elə ediblər ki, şou-biznesdə gərək kişi olmayasan. Qaş aldırmalısan, dodaq şişirtməlisən ki, yolun açılsın. Kişi kimi səhnəyə çıxa bilmərəm? İnsanlar var ki, deyir, oxumağın bir tərəfə, kişiliyinə pərəstiş edirik. İndikilərin görünüşü dəyişib, elə bil şalvarlarını it dişləyib. İngilis geyinir, özü bilər. Sənin üçün kişi kostyumları var, geyin, özünü təbliğ et. Gərək cinsinin ortası cırıq olsun? Danışsam, gərək hamıyla düşmən olum. Hamısı elə geyinir.

İndiki 19 yaşlı cavanlara baxın! Onundan biri səviyyəlidir. Yol gedir, ona-buna söz atır. Axı həmin qızın da qardaşı var, söz atanda öz bacını düşün! Biz elə deyildik. Adam söz atanda, özünü onun qardaşının yerinə qoymalıdır. Gəlib səni tutub, başqa hərəkət edər”.

Rəşad Əliyev