Ani ehtiyatsızlığa görə həyatını itirdi - VİDEO

01:40 24-06-2020 27

Rusiyada dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Belə ki, yaşlı kişi ehtiyatsızlıq edərək, “KamAZ”ın qarşısına keçib.

Həmin vaxt “kor nöqtə”də olduğu üçün yük maşınının sürücüsü piyadanı görməyib. Nəticədə, kişi maşının altında qalıb.

Bununla bağlı kadrları “ÇS Tümen” yayımlayıb.

Kişinin hadisə yerində öldüyü bildirilir. Hadisə ilə bağlı istintaqa başlanılıb.