Məşhur model evində həyata keçirdiyi doğuşun fotolarını paylaşdı - FOTO

20:00 25-06-2020 58

Məşhur britaniyalı maneken və fotomodel İskra Lourens bir neçə ay əvvəl keçirdiyi doğuş barədə yazıb.

İ.Lourens bununla bağlı “Instagram” səhifəsində məlumat verib.

Model bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar xəstəxanaya getməkdən imtina edib və doğuşu evində, kiçik su hovuzunda həyata keçirib.

İskra Lourens bu çətin və məsuliyyətli məqamda onun yanında olan sevgilisinə və feldşerə sonsuz minnətdarlığını bildirib.