Qısqanc qadının vəfasız nişanlısından intiqamı ağır oldu - VİDEO

02:20 26-06-2020 508

Qısqanc qadın nişanlısının ona xəyanət etdiyini düşünərək, dəmir boru ilə kişinin maşınını pis vəziyyətə salıb.

Hadisənin şahidi tərəfindən çəkilən kadrları “Daily Star” yayımlayıb.

Məlumata görə, video Argentinanın Rio-Qalyeqos şəhərində qeydə alınıb.

Jurnalistlərə açıqlamasında qadın etiraf edib ki, “WhatsApp”ın “hekayə” bölümündə nişanlısının əlində şərab badəsi hotel otağında çəkilən şəklini görəndə möhkəm qısqanıb. Daha sonra sevdiyi şəxsin avtomobilinin “Hotel Patagonia”nın yaxınlığında park edildiyini görüb, ondan qisas alıb.

Tezliklə hadisə yerinə polis gəlib. Qadın saxlanılıb.

Qeyd olunur ki, maşını yararsız hala salınmış kişi polisə şikayət etməyib.