30 ildir xəstələnməyən kişi sağlamlığınıın sirrini açdı - VİDEO

09:20 27-06-2020 25

Çinin Şensi əyalətinin fövqəladə möhkəm səhhətə malik sakini sağlamlığının sirrini açıb.

Bu barədə “Daily Mail” yazır.

50 yaşlı Çen Haygan hər gün meymun kimi əllərinə söykənərək gəzir. Onun sözlərinə görə, bunu təxminən 30 il əvvəl etməyə başlayıb.

“20 yaşım olanda bu gəzinti məşqlərini etməyə başladım. Zooparkda meymunları tez-tez izləyirdim. Gülməli görünürdülər və onları təqlid etməyə başladım”, - deyə kişi bildirib.

Ç.Haygan meymun kimi gəzməyin əzələləri məşq etdirdiyini düşünür. Dediyinə görə, bunu mənimsədiyi üçün əvvəllər qulaqlarında olan küy itib və dişlərində olan problemlər həll olunub. Bundan əlavə, o, heç vaxt xəstələnmir.