Mənzilin havalandırma şaxtasında insan sümükləri aşkarlandı

12:40 27-06-2020 30

Rusiyanın Sankt-Peterburq şəhərində yerli sakinlərdən biri mənzilinin havalandırma şaxtasında təmir işləri apararkən insan sümüklərinə bənzər qalıqlar aşkarlayıb.

REN TV xəbər verir ki, qorxunc tapıntı edən şəxs dərhal bu barədə polisə məlumat verib.

Peterburq sakininin fikrincə, sümüklər, çox güman ki, qətlə yetirilmiş uşağa məxsusdur.

Hazırda hüquq-mühafizə orqanları insan qalıqlarının kimə məxsus olduğunu araşdırırlar.