Ağladığı üçün azyaşlını döyüb öldürdü

17:20 30-06-2020 32

Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda bir şəxs birgə yaşadığı qadının uşağını öldürüb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, 38 yaşlı Harun Sezer iki il nikahsız yaşadığı Emel Önerin üç yaşlı oğlu Alperen E.-ni döyərək qətlə yetirib.

Sonra o, uşağın meyitini evin qarşısında yerləşən qəbiristanlıqda basdırıb.

Polis hadisədən altı gün sonra xəbər tutub. Uşağın anası polis nəzarətinə götürülüb. Harun S. səkkiz gün sonra yaşayış olmayan tikilinin həyətində su quyusundan tapılıb. O, ifadəsində bildirib ki, uşaq ağladığı üçün onu döyüb öldürüb, bu zaman azyaşlının anasını başqa otaqda bağlı saxlayıb. Hadisədən ertəsi gün xəbər tutan qadın qorxudan bu barədə heç nə danışmayıb.