120 kiloqramdan artıq çəki itirən şəxs idmansız arıqlamağın sirrini paylaşdı - FOTO/VİDEO

04:00 01-07-2020 19

Vaxtilə çəkisi 200 kq-dan artıq olan amerikalı kişi idmansız arıqlamağın sirrini açıqlayıb.

Onun hekayəsini “Yahoo News” paylaşıb.

Əsasən, qəlyanaltılarla qidalanan floridalı Zak Mur 2013-cü ilin dekabr ayında 227 kiloqram çəkidə olub. Gündəlik yeməyinin makmaffin, pizza, hamburger, hot-doq, çipslərdən ibarət olan fermer gün ərzində 6-8 litr kola içib.

Bu cür qidalanma bir dəfə onun zəhərlənmə ilə xəstəxanaya yerləşdirilməsinə gətirib çıxarıb. Bir həftə davam edən diareya və qusma Murun çəkisini 27 kq azaldıb.

“Xəstəxanada öləcəyimi düşünməyə başladım. Hətta oğluma və həyat yoldaşıma vida məktubu yazdım. Məhz həmin vaxt, sağ qalacağım təqdirdə arıqlamaq üçün bütün cəhdləri göstərəcəyimə özümə söz verdim”, - deyə o, başına gələnlərdən danışarkən vurğulayıb.

Xəstəxanadan çıxdıqdan sonra Mur öz rasionundan ət və karbohidratları çıxarıb.

Nəticədə, bir neçə aya çəkisi 177 kq-a düşüb. Sonra o, mədə şuntlaması əməliyyatından keçib və daha 77 kq arıqlayıb.

Fermer təsərrüfatı ilə məşğul olan Mur əvvəlki kimi tərkibində şəkər, soya, buğda olan məmulatlara toxunmur. Ancaq o, arıqlamaq istəyən bir çoxlarından fərqli olaraq, idman zalına da getmir.

“İdman zalına gedə bilmirəm, çünki evimin yaxınlığında belə yer yoxdur. Mən ancaq düzgün qidalanma ilə arıqlamışam”, - deyə o vurğulayıb.