Bakıda avtomobil velosiped sürən yeniyetməni vurdu

00:20 29-07-2020 340

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, avtomobil yolun kənarı ilə velosiped sürən 14 yaşlı Hüseynquliyev Muradı vurub. Uşaq xəstəxanaya aparılıb və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.