Kürdəmirdə ev yandı

00:40 29-07-2020 404

Kürdəmir rayonunun Atakişili kəndində ümumi sahəsi 60 kvadrat metr olan evin yanar konstruksiyaları 35 kv.m. sahədə yanıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.