Avropanın COVID-19-un müalicəsi üçün alacağı dərmanın adı məlum oldu

06:20 30-07-2020 15

Avropa İttifaqı (Aİ) COVID-19 xəstələrinin müalicəsində istifadə üçün “Remdesivir” antiviral dərmanı almağa dair razılıq əldə edildiyini bildirib.

Aİ Komissiyası dərman tədarükü üçün ABŞ-ın “Gilead Sciences” dərman şirkəti ilə müqavilə bağlandığını açıqlayıb.

Yeni növ koronavirusun müalicəsində istifadə üçün Aİ-dən rəsmi təsdiq almış ilk dərman “Remdesivir”in istifadəsi avqust ayından etibarən Aİ ölkələri və Böyük Britaniyada mümkün olacaq.

Qeyd edilir ki, 30 min xəstənin müalicəsi üçün 63 milyon avro ödəniləcək.