Ukraynadan 155 azərbaycanlı vətənə çatdırıldı - FOTO

22:00 30-07-2020 316

Azərbaycanın milli aviadaşıyıcısı iyulun 30-da Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib.

AZAL-dan verilən məlumata görə, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.

Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.