Zaqatalada narkobaron “Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi ifşa edilib - FOTO

10:00 10-09-2020 68

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron kimi tanınan rayonun Yuxarı Tala kənd sakini “Çopur Ramiz” ləqəbli Ramiz Quliyev saxlanılıb. 

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Həmçinin R.Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha iki nəfər, əvvəllər oğurluğa görə, məhkum olunmuş Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye saxlanılıb. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.