Milli Məclisin iqtisadi blokuna daxil olan ŞİKAYƏTLƏR

10:20 10-09-2020 75

Milli Məclisin yaz sessiyasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə daxil olan şikayətlərin istiqaməti açıqlanıb.

Bu barədə komitə sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, yaz sessiyasında komitəyə 24 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub.

Onlardan 15-i tədbir gorülməsi üçün müvafiq təşkilatlara göndərilib, səkkiz ərizə işə alınıb.

T.Kərimlinin sözlərinə görə, komitəyə daxil olan ərizələr iqtisadi və sosial problemlərlə bağlıdır:

“Özəlləşdirmə, sahibkarlıq fəaliyyəti və vergi ilə bağlı müraciətlərdir. İqtisadi məsələlərlə bağlı şikayətlər özəlləşdirmə, sahibkarlıq, vergi ilə bağlıdır. Digər məktub və ərizələr isə qanunlara dair təkliflərlə əlaqədardır”.

Aqşin Kərimov