Sumqayıtda azyaşlını maşın vuraraq öldürüb

22:20 10-09-2020 33

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayonunda binalardan birinin qarşısında baş verib. 

Həyətdə oynayan 2017-ci il təvəllüdlü İsgəndərov Rəvan Seyid oğlunu “Toyota Prado” markalı avtomobil vurub. Azyaşlı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.