Tükürpədici təcavüz: 86 yaşlı qadını fermaya aparıb...

04:00 11-09-2020 30

Hindistanın paytaxtı Dehli şəhərinin 86 yaşlı qadın sakini cinsi təcavüzə məruz qalıb.

ВВС agentliyi bu barədə Dehli Qadınlar Komissiyasının rəhbəri Svati Malivalın açıqlamasına istinadən xəbər yayıb.

O, bildirib ki, yaşlı qadın evinin qapısında ona süd gətirən şəxsi gözləyib.

Bu zaman qadına yaxınlaşan 30 yaşlı kişi südçünün gəlməyəcəyini söyləyərək süd almaq üçün onu fermaya aparmağı təklif edib.

Tükürpədici hadisə də məhz fermada baş verib.

Qadının qışqırıqlarını eşidən kəndlilər özlərini hadisə yerinə çatdıraraq onu təcavüzkarın əlindən alıblar.

Kişi isə tutularaq polisə təhvil verilib.