Azərbaycan klubu futbolçusunu nizam-intizama görə cəzalandırdı

18:20 11-09-2020 20

“Səbail” klubu futbolçusu Hendrik Eksteyni cəzalandırıb.

Bu barədə Bakı təmsilçisinin “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilir ki, Cənubi afrikalı yarımmüdafiəçi əsas komandadan uzaqlaşdırılıb. Buna səbəb 29 yaşlı oyunçunun nizam-intizam qaydalarını pozmasıdır.

“Səbail”in məşqçilər korpusu Hendrik Eksteyni əsas komandanın məşqlərindən kənarlaşdırıb.