Televiziya aparıcısı “çox dərin dekoltesinə” görə tənqid olundu - FOTO

08:00 12-09-2020 36

Kanadalı televiziya aparıcısı Kori Sidevey efirdə həddindən artıq açıq-saçıq göründüyü iddiasıyla onu “Twitter”də tənqid edən narazı izləyicinin məktubunun ekran görüntüsünü yayımlayıb.

Müəllif məktubu xəbər kimi hazırlayıb və “çox dərin bir dekolte süjeti poza bilər” deyə yazıb.

O, həmçinin Sideveyin əslində onun iddiasına görə insanların gözündə necə göründüyünə dair foto da paylaşıb. Sonda isə naməlum izləyici özünü “dekolte patrulu” adlandırıb.

Sidevey məktubu ictimaiyyət üçün yayıb:

“Qadınların xarici görünüşündən narazı olan bütün adsız kompyuter əsgərlərinə! Bu nəsil xarassmentə dözməyəcək”, - deyə aparıcı bildirib.

Anonim izləyicinin məktubu mübahisəyə səbəb olub. Bir çoxları onu qeyri-adekvatlıqda günahlandıraraq aparıcının tərəfində durublar.