Qadın övladlığa götürdüyü gənc tərəfindən güllələndi

05:00 14-09-2020 26

Türkiyənin Sakarya bölgəsində qadın övladlığa götürdüyü gənc tərəfindən tüfənglə vurulub. 

Bu barədə "Haberturk" məlumat yayıb.

Bildirilib ki, ana və oğul arasında bilinməyən bir səbəbdən mübahisə yaranlıb. Bu isə qadının vurulması ilə nəticələnib. 

Atəş açan oğul evdən qaçıb. Hazırda polis onun tapılması istiqamətində işlər aparır.