Dünyanın ən seksual qadınına hökm oxundu – FOTO/VİDEO

01:40 15-09-2020 29

Dünyanın ən gözəl qadınlarından sayılan israil əsilli model Bar Rafaelli və anası Tsipi Rafaelli Tel-Əviv Dünya Məhkəməsi tərəfindən vergi cinayətlərində təqsirli biliniblər.

“Daily Mail”in məlumatına görə, onlar təqsirlərini tam etiraf etmələrinə baxmayaraq, cəzadan yayına bilməyiblər.

Tsipi Rafaelli 16 ay müddətinə azadlıqdan məhrum edilib. Məşhur top-model olan qızı isə altı ay şərti cəzaya və ictimai işlərə məhkum edilib.

Bundan əlavə onların hər biri 2,5 milyon şekel (1 226 520 AZN) məbləğində cərimələnib.

Qeyd edək ki, 35 yaşlı Bar Rafaeli 2012 və 2013-cü illərdə “Maxim” jurnalının versiyasına görə “dünyanın ən seksual qadını” adını almışdı.