Elif Elmas koronavirusa yoluxdu

00:00 04-10-2020 475

İtaliyanın “Napoli” klubunda çıxış edən “Fənərbaxça”nın keçmiş futbolçusu Elif Elmasın koronavirus testi müsbət çıxıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Komandadan verilən açıqlamada digər futbolçularda yoluxma hallarının aşkarlanmadığı qeyd olunub.

Xatırladaq ki, ötən mövsümün əvvəlində “Fənərbaxça”dan “Napoli”yə transfer edilən Elif Elmas bu mövsüm A Seriyasında iki oyunda çıxış edib və bir qol vurub.