Donald Trampın xəstəxanadan buraxılacağı tarix açıqlandı

01:00 05-10-2020 381

Koronavirusa yoluxan ABŞ Prezidenti Donald Tramp artıq bu gün xəstəxanadan buraxıla bilər.

Bu barədə “Reuters” məlumat yayıb.

Həkimlərin sözlərinə görə, dövlət başçısının vəziyyəti yaxşılaşmağa doğru davam edir.

Hazırda D.Trampın bütün həyati vacib göstəriciləri stabildir. 2 oktyabr səhər saatlarından etibarən temperaturun yüksəlməsi müşahidə olunmayıb.