İğdırlılar Azərbaycana dəstək üçün konvoy yaradıb şəhər turu həyata keçirdilər - FOTO/VİDEO

11:00 05-10-2020 475

Iğdırda minlərlə insan nəqliyyat vasitələri ilə konvoy yaradaraq Azərbaycanı dəstəkləmək üçün şəhər turu həyata keçirib.

Bu barədə “En Son Haber” xəbər yayıb.

Sosial media vasitəsi ilə təşkilatlanan qrup küçələrdə Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıraraq “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər. Minlərlə insanın qatıldığı tədbirə xidmətdə olan polislər də sirena səsləndirərək dəstək olublar.

Tədbiri təşkil edən Volkan Tuncer Türkiyənin Azərbaycanın yanında olduğunu göstərmək üçün belə bir aksiyanı təşkil etdiyini bildirib.

Məlumata görə, eyni zamanda sakinlər də binaların eyvanlarından öz dəstəklərini ifadə ediblər.