Hikmət Hacıyevdən xəbərdarlıq - Mülki aviasiya üçün təxribat təhlükəsi

01:20 06-10-2020 18

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Azərbaycana uçan mülki aviasiyaya qarşı tərxibat törədə biləcəyi ilə bağlı xəbərdarlıq edib. 

Bununla bağlı H.Hacıyev “Twitter” hesabında paylaşım edib.

“Ermənistanın Azərbaycanın şəhərlərini raket atəşinə tutması səbəbindən Azərbaycan Hava Yolları bu gün bütün böyük hava daşıyıcılarına bildiriş göndərib. Gözləyirik ki, Ermənistanın Azərbaycanın böyük şəhərlərinə atdığı raketlər mülki aviasiyaya qarşı təxribata səbəb ola bilər”.