Finlandiyada 16 yaşlı qız bir günlük baş nazir olub

12:40 07-10-2020 366

Finlandiyalı aktivist - 16 yaşlı Aava Murro bir günlük baş nazir olub.

Bu barədə 112.ua xəbər yayıb.

Məlumata görə, ölkə “Girls Takeover” gününü bu yolla qeyd edir: oktyabrın 7-də qızlar bir çox təşkilatların rəhbəri olur.

Ölkənin Baş naziri Sanna Marin də bir günlük yerini A.Murroya verib.

16 yaşlı baş nazir isə bu gün bir sıra nazirlər və deputatlarla görüşəcək, texnologiyanın bərabər hüquqa təsiri və sosial şəbəkələrdə qızların müdafiəsi məsələlərini müzakirə edəcək.