“Tiktok” üçün səhnəcikdə iştirak edən qız faciəli şəkildə öldü - VİDEO

05:20 08-10-2020 361

Meksikada 20 yaşlı qız faciəli şəkildə ölüb. 

“Haber Global”ın məlumatına görə, hadisə Çinhuahua şəhərində baş verib. 

“Tiktok” üçün video çəkmək istəyən 10 nəfərdən ibarət qrup qızın qaçırılması səhnəsini canlandırıb. Bu səhnədə rol alan 20 yaşlı Arelin Martinez video çəkilişi zamanı qrupdakı şəxslərdən birinin əlindəki silahla ehtiyatsız davranması nəticəsində həyatını itirib. 

Qeyd edilib ki, açılan atəş nəticəsində güllə qızın başına dəyib və o, hadisə yerində ölüb. 

Cinayəti törədən iki nəfər hadisə yerindən qaça bilib. Polis onların saxlanılması üçün əməliyyatlara başlayıb.