“Torpaq davası aparmaq ermənilərin xislətidir” - AÇIQLAMA

15:40 16-10-2020 358

“Ermənilər harada olursa-olsunlar, torpaq davasına başlayırlar. Bu, onların xislətidir”.

HerGun.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki,  bu gün Azərbaycan xalqının birliyini görəndə çox böyük qürur duyur:

“Əhali qorxmur və onlar öz ordularına inanırlar. Biz bütün yəhudi təşkilatlarına da müraciət etmişik. Biz haqq yolundayıq, qalib gələcəyik”.

İlhamə Əbülfət