Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

21:40 17-10-2020 15

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan və Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla Qarabağ məsələsini müzakirə edib.

Bu barədə “RİA Novosti” Rusiya XİN-ə istinadən məlumat yayıb.

Telefon danışığı zamanı atəşkəslə bağlı əldə edilmiş razılıqların ciddi şəkildə gözlənilməsinin vacibliyi qeyd olunub.