Fransada koronavirusa rekord yoluxma

08:00 18-10-2020 15

Fransada sutka ərzində 32 427 nəfər koronavirusa yoluxub.

“RİA Novosti” Fransanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, sözügedən göstərici rekord təşkil edib.

Ölkədə ümumilikdə 876 342 yoluxma halı qeydə alınıb, onlardan 108 014 nəfər sağalıb, 33 325 nəfər ölüb.