İngiltərənin məşhur qapıçısı xərçəng xəstəliyindən öldü

22:40 15-11-2020 496

“Liverpul” və “Tottenhem” komandalarının şərəfini qorumuş məşhur ingilis qapıçı Rey Klemens 72 yaşında vəfat edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Keçmiş futbolçu uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Xatırladaq ki, 61 dəfə İngiltərə millisinin şərəfini qoruyan Rey Klemens karyerası ərzində beş dəfə Premyer Liqa, üç dəfə Çempion Klublar Kuboku və üç dəfə də UEFA Kubokunu qazanıb.