Rusiyalı oyunçu ömürlük futboldan uzaqlaşdırıldı

22:40 16-11-2020 19

Rusiyalı futbolçu Dmitri Aydov ömürlük futboldan uzaqlaşdırılıb.

Bu barədə “Pressbol” məlumat yayıb.

Müvafiq qərar FİFA tərəfindən qəbul edilib.

O, danışılmış oyunlarda iştirakda təqsirli bilinib. Aydov Belarusun “Qomel” klubunda çıxışı zamanı 2018-ci ilin iyununda “Bate”yə qarşı oyun üçün 12 min, “Dinamo”ya qarşı oyuna görə isə 10 min dollar alıb.