Hikmət Hacıyevin “Twitter” hesabı bərpa edildi - YENİLƏNİB + FOTO

01:20 18-11-2020 502

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabı bərpa edilib.

00:01

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabı bloklanıb. 

Buna səbəb kimi erməni tərəfinin çoxsaylı şikayətlərinin olduğu göstərilir.

Qeyd edək ki, müharibə günlərində əsl informasiya meydanına çevrilmiş hesabın 200 min civarında izləyicisi var.