Relsdən çıxaraq aşan mazut daşıyan qatarların səmadan görüntüsü - VİDEO

06:40 19-11-2020 22

Rusiyanın Vladimir vilayətində mazut daşıyan 35 vaqonun aşmasından sonra ərazidə dağıntıların aradan qaldırılması işləri davam etdirilir.

“RİA Novosti” bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər yayıb.

Mətbuatda yük qatarlarının səmadan son görüntüləri yayımlanıb. 

Xatırladaq ki, iki gün öncə mazut daşıyan yük qatarının relsdən çıxaraq aşması nəticəsində bir nəfər həlak olub.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.