Xaçmaz rayon Təhsil Şöbəsinə yeni müdir təyin olundu

14:00 19-11-2020 416

Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri dəyişib.

Report xəbər verir ki, şöbə müdiri Mədinə Nurməmmədova yaşa görə təqaüdə göndərilib.

Müvafiq əmrlə, İnqilab Musayev Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, bu təyinata qədər rayonun Köhnə Xaçmaz kənd tam orta məktəbinin direktoru işləyib.