Milad ağacı qutusundan canlı bayquş çıxdı - FOTO

05:00 20-11-2020 20

Milad ağacında ilişən bayquş bağlamada 250 km yol gedib.

NTV-nin məlumatına görə, ağac Nyu-Yorkda Rokfeller mərkəzində kəsilib. Lakin qablaşdırma zamanı quşun orada olduğu görünməyib.

Lələklilər fəsiləsinin nümayəndəsi ancaq milad ağacı qurularkən görünüb.

“Bayquşla hər şey qaydasındadır. Ancaq baxışlarından görünür ki, səfərdən çox da razı qalmayıb”, - deyə bununla bağlı dərc olunan məqalədə bildirilib.